Türkiyənin Suriyaya hərbi müdaxiləsinə - İrandan ilk reaksiya

turkiyenin-suriyaya-herbi-mudaxilesine
Oxunma sayı: 2474

Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatlara İrandan ilk reaksiya gəlib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İranın XİN sözçüsü Behram Kasımi yazılı açıqlamasında bildirib ki, hərbi əməliyyat Dəməşq hökuməti ilə koordinasiyalı şəkildə aparılmalıdır:

“Suriya torpaqlarında terror qruplaşmaları ilə mübarizə, beynəlxalq hüququn təməl prinsinplərindən biri olan o ölkənin ərazi bütövlüyü və suveren haqqlarına hörmət edilərək mərkəzi hökumətlə koordinasiyalı şəkildə aparılmalıdır.

İran terrorla mübarizənin beynəlxalq məsuliyyət olmasına və bu mənfur hala qarşı bölgə ölkələrinin ortaq işbirliyi yürütməsinə inanırıq”.