Türkiyənin Suriya ilə sərhəd şəhərinə 7 raket atıldı - 6 yaşlı uşaq öldü

turkiyenin-suriya-ile-serhed-seherine-7-raket-atildi
Oxunma sayı: 1155

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis şəhərinə 7 raket atılıb.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriya tərəfdən atılan raketlərdən birinin binaya düşməsi nəticəsində 6 yaşlı uşaq ölüb, 10 nəfər yaralanıb.

Kilisdə çaxnaşma yaranıb, ticarətçilər mağazaları bağlayıb.

Türkiyə təhlükəsizlik qüvvələri bəyan edib ki, raketlərin atıldığı yerə cavab zərbəsi endirilib.

Qeyd edək ki, 2016-cı ilin yanvarından bu günə qədər Kilisə atılan raketlərin nəticəsində artıq 21 nəfər həlak olub.