Türkiyənin Daxili işlər naziri istefa verdi

turkiyenin-daxili-isler-naziri-istefa-verdi
Oxunma sayı: 3264

Türkiyənin Daxili işlər naziri Efkan Ala istefa verib.

Qafqazinfo”nun “Cumhuriyyet”ə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Binəli Yıldırım dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

E. Alanın yerinə əmək və sosial təminat naziri Süleyman Soylu təyin olunub.

Prezidentin köməkçisi Mehmet Müezzinoğlu isə əmək və sosial təminat naziri olub.