Türkiyədən qaçan FETÖ-çülər Ermənistana sığınır

turkiyeden-qacan-feto-culer-ermenistana-siginir
Oxunma sayı: 1560

Türkiyədə çevriliş cəhdindən sonra FETÖ-çülər bir çox ölkələrə qaçmağa cəhd ediblər.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, çevriliş cəhdindən sonra bu günədək ölkədən qaçmaq istəyən 2 min 600 yaşıl pasport sahibi FETÖ-çü hava limanlarındakı yoxlamalarda saxlanılıb. Hüquq-mühafizə orqanları bildirir ki, təşkilat üzvləri ən çox ABŞ, Almaniya və İsveçə qaçmağa cəhd ediblər.

Bir çox fərarinin isə ölkədən qaçmaq üçün Şimali Kipr və Gürcüstana üz tutduğu deyilir. Belə ki, Türkiyədən qaçanların bir hissəsinin Şimali Kiprdən yunan torpaqlarına, bir qisminin isə Gürcüstandan Ermənistana keçdiyi müəyyənləşdirilib.

Aysel Kərimova