Türkiyədən Avropaya miqrant xəbərdarlığı

turkiyeden-avropaya-miqrant-xeberdarligi
Oxunma sayı: 1610

Türkiyə Niderland ilə arasında gərginliyin davam edəcəyi təqdirdə sərhədi açacağını və hər ay Avropaya 15 min qeyri-qaynuni miqrantın getməsinə mane olmayacağını bildirib.

Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Süleyman Soylu bəyan edib.

“Mən Avropaya müraciət edirəm, siz elə cəsarətlisiniz? İstəyirsiniz hər ay sizə buraxmadığımız 15 min qaçqının yolunu açaraq sizə baş ağrısı yaradaq?”- deyə Soylu bildirib.

Bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da Aİ ölkələrini qaçqınlarla bağlı sazişi ləğv etməklə və Avropanı mühacirlərlə “doldurmaq”la hədələmişdi.

2016-cı ilin martında Aİ Türkiyə ilə saziş imzalayıb. Sazişə görə, Türkiyə 6 milyard avroluq yardımın və vizasız rejimin qarşılığında Aİ-nın göndərdiyi qaçqınları qəbul etməlidir.

Qeyd edək ki, mart ayında Türkiyə ilə Niderland arasında gərginlik yaranıb.

Belə ki, Niderland rəhbərliyi referendumla bağlı türk vətəndaşları qarşısında çıxış etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun ölkəyə səfər etməsinə etiraz edib.

Türkiyə tərəfi isə öz növbəsində cavab tədbirləri görüb.

Niderlanddan Türkiyəyə bütün diplomatik reyslər ləğv edilib, Niderlandın məzuniyyətdə olan səfirinin geri qayıtmasına icazə verilməyib.