Türkiyədəki qiyamla bağlı bəzi səfirlər də işdən çıxarılacaq

turkiyedeki-qiyamla-bagli-bezi-sefirler-de-isden-cixarilacaq
Oxunma sayı: 835

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkədəki son hadisələrlə bağlı danışıb.

Qafqazinfo” xəbər verir ki, çevriliş təşəbbüsündən sonra ölkədə genişmiqyaslı istintaq başladığını deyən nazir bildirib ki, çalışdığı qurumda da vəzifədən uzaqlaşdırılmalar olacaq. Çavuşoğlu “Səfirlər səviyyəsində vəzifədən kənarlaşdırmalar olacaq”- deyib.

Nazir Avopa Birliyinin Türkiyə ilə bağlı səsləndirdiyi fikrə də cavab verib. Dövlət rəsmisi qeyd edib ki, Türkiyə Avropa Birliyinin dəyərlərini müdafiə edir və Türkiyə ilə hədə-qorxu edirmiş kimi danışmaq olmaz. O, “Meydanlarda “edam” deyə bağıran vətəndaşlarımız da var. Gəlirlər, bizə fikirlərini söyləyirlər. Aİ rəsmiləri də fikrini deyir ancaq Türkiyəni təhdid edirmiş kimi danışmaq əks addım olar”- deyib.

Aysel Kərimova