Türkiyədəki qiyam gecəsi ilə bağlı detal - İlk dəfə açıqlandı

turkiyedeki-qiyam-gecesi-ile-bagli-detal
Oxunma sayı: 4390

Türkiyədə baş verən 15 iyul çevrilişi ilə bağlı indiyə qədər açıqlanmayan detal ortaya çıxıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Diyarbəkirdə yerləşən Hava Qüvvətləri Komandanlığında işləyən əsgərlərə qarşı aparılan istintaq sona çatıb.

İstintaq nəticəsində məlum olub ki, FETÖ-çü pilotlar 6 ədəd F16 təyyarəsini qəsb edərək çevrilişə dəstək məqsədilə Ankaraya aparıb. Təyyarələr Ankarada alçaq uçuşlarda istifadə edildikdən sonra qiyamçıların qərargahı olan Akıncı Hava Meydanına eniblər.