Türkiyədə “Xocalı” aksiyasında kütləvi dava - 47 tələbə saxlanıldı

turkiyede-xocali-aksiyasinda-kutlevi-dava
Oxunma sayı: 9101

Türkiyədə Kocaeli Universitetində Xocalı soyqırımının qurbanlarını anmaq istəyən tələbələrlə müxalif düşüncəli tələbələr arasında dava olub.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bir-birinə dəyənəklə və daşla hücum edən tələbələri ayırmaq üçün əraziyə polislər cəlb olunub.

Hadisə nəticəsində 1 tələbə və 1 təhlükəsizlik əməkdaşı yaralanıb.

Polisin xəbərdarlığına baxmayaraq dalaşan 47 tələbə isə saxlanılıb.

Məlumata görə, tələbələrdən biri universitetdə PKK-çı vətən xainlərinin oxumalarına imkan yaratmayacaqlarını bildirib: “Biz vətəni sevənlərdənik. Xainləri, PKK-nın dəstəkləyənləri, bu vətənin çörəyini yeyib əsgərinə, polisinə atəş açan insanları burada oxutdurmayacağıq”.