Türkiyədə şagirdlər qəzaya düşdü - 7 ölü, 16 yaralı

turkiyede-sagirdler-qezaya-dusdu
Oxunma sayı: 1049

Türkiyədə ağır yol- nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Diyarbəkirdə Kulp-Lice yolunda şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində 2-si şagird olmaqla 7 nəfər dünyasını dəyişib, 16 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.