Türkiyədə qadınları daşıyan avtobus qəzaya düşdü - 7 ölü, 35 yaralı+Video

turkiyede-qadinlari-dasiyan-avtobus-qezaya-dusdu
Oxunma sayı: 1000

Türk Metal Həmkarları İttifaqının üzvlərini daşıyan avtobus Bursada ağır qəzaya düşüb.

Qafqazinfo” xəbər verir ki, qəzada ilkin məlumata görə, 7 qadın sərnişin ölüb, 35-ə yaxın yaralı var. Avtobusdakıların əksəriyyəti qadınlardan ibarət olub.

Sərnişinlərin Həmkarlar İttifaqı tərəfindən təşkil edilən Qadınlar Günü tədbirinə qatılmaq üçün Ankaraya getməyi planlaşdırdıqları məlum olub.