Türkiyədə polis bölməsi qarşısında atışma - Ölən var+Foto

turkiyede-polis-bolmesi-qarsisinda-atisma-
Oxunma sayı: 1621

Türkiyədə polis bölməsinin qarşısında atışma olub.

Qafqazinfo” Türkiyə KİV-nə xəbər verir ki, insident Qaziantep vilayətində yaşanıb. Məlumata görə, polis bölməsinin qarşısında silah səsləri eşidilib və əraziyə dərhal tibb işçiləri cəlb edilib.

Vətəndaşların sözlərinə görə, hadisə zamanı 1 polis yaralanıb, 1 nəfər isə ölüb. Ölən şəxsin terrorçu olduğu ehtimal edilir. Şahidlər bildirir ki, canlı bomba binaya girməyə çalışanda öldürülüb. Hazırda polis 2-ci terrorçunu axtarır.

Aysel Kərimova