Türkiyədə partlayış - 7 yaralı

turkiyede-partlayis-
Oxunma sayı: 987

İstanbul şəhərinin Küçükçekmece rayonunda partlayış olub.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, şirniyyat mağazalarından birində baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 7 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Partlayışın qaz sızmazına görə baş verdiyi ehtimal olunur.