Türkiyədə partlayış - 2 şəhid, 23 yaralı

turkiyede-partlayis
Oxunma sayı: 1702

Bu gün Türkiyənin Gaziantep şəhərində bomba yüklü maşın partladılıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə saat 09:30-da Gaziantep Polis İdarəsinin binası qarşısında törədilib. 

Gazientepdən deputat seçilən AKP-li vəkil Mehmet Erdoğanın verdiyi məlumata görə, 1 polis şəhid olub:

"Biri ağır olmaqla 10 polis və 4 sivil vətəndaş yaralanıb".

***

Yaralıların sayı çoxalıb. Son məlumatlara görə, 2 polis şəhid olub, 23 nəfər isə yaralanıb.