Türkiyədə növbəti terror aktı - 3 yaralı

turkiyede-novbeti-terror-akti
Oxunma sayı: 1197

Türkiyədə növbəti terror aktı baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, hadisə Hakkari vilayətində qeydə alınıb. PKK terror təşkilatı üzvlərinin Hakkari-Çukurca magistral yoluna yerləşdirdiyi partlayıcı qurğu içində hərbçilərin olduğu avtomobil ərazidən keçərkən işə düşüb. Nəticədə partlayış baş verib.

Hadisə zamanı 3 əsgər yaralanıb.

Xəsarət alanlar təcili yardım maşınları ilə Hakkari Dövlət Xəstəxanasına aparılıb.