Türkiyədə miqrantları daşıyan qayıq batdı - 11 ölü + Fotolar

turkiyede-miqrantlari-dasiyan-qayiq-batdi
Oxunma sayı: 1209

Suriyalı miqrantları daşıyan qayıq Egey dənizinin Türkiyə sahilində batıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 5-i uşaq olmaqla 11 nəfər ölüb.

Faciəyə səbəb tutumu 5 nəfər olan qayığa 22 nəfərin minməsi olub. 

Xatırladaq ki, martın 23-də də miqrantları daşıyan qayığın batması nəticəsində 200-dən çox Suriya vətəndaşı həlak olmuşdu.