Türkiyədə İŞİD-çi azərbaycanlıya cinayət işi açılıb

turkiyede-isid-ci-azerbaycanliya-cinayet-isi-acilib
Oxunma sayı: 891

Türkiyədə İŞİD üzvü olduğu iddia edilən və saxlanılan azərbaycanlı haqda “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə cinayət işi açılıb.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin şəxsi 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Özbəkistan və Azərbaycan vətəndaşlığı olan A.O-nun 2013-cü ildə Atatürk aeroportundan Türkiyəyə daxil olduğu, 2015-ci ildə isə ölkəni tərk etdiyi bildirilir. Ölkəyə girişinə qadağa qoyulan şübhəli başqa ad-soyadla yenidən ölkəyə girə bilib.