Türkiyədə iki sərnişin təyyarəsini ildırım vurdu

turkiyede-iki-sernisin-teyyaresini-ildirim-vurdu
Oxunma sayı: 2239

İstanbul şəhərində Atatürk hava limanına enməyə hazırlaşan iki sərnişin təyyarəsini ildırım vurub.

Qafqazinfo”nun “Doğan xəbər agentliyi”nə istinadən verdiyi məlumata görə, elektrik yüklü buludların (“Cumulonimbus”) nəticəsində ildırımın vurduğu təyyarələr aeroporta problem olmadan enə biliblər.

Hadisə nəticəsində pilotlar və təyyarələrə ziyan dəyməyib.