Türkiyədə iki ağır yol qəzası - 3 ölü, 51 yaralı

turkiyede-iki-agir-yol-qezasi
Oxunma sayı: 630

Bu gün Türkiyədə iki ağır yol qəzası baş verib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəzalardan biri Yozqat şəhərində səhər saatlarında baş verib.

51 yaşlı sürücü yağışlı yolda idarəetməni itirərək sərnişin avtobusunu divara çırpıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb.

İkinci qəza isə Çorum şəhərində olub. Avtobusun aşması nəticəsində 21 nəfər xəsarət alıb.