Türkiyədə günün ikinci zəlzələsi

turkiyede-gunun-ikinci-zelzelesi
Oxunma sayı: 766

Adana şəhərinin Kozan rayonunda zəlzələ olub.

Qafqazinfo”nun “Milliyet"ə istinadən xəbərinə görə, 4 bal gücündə yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 19:15-də qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar haqda məlumat yoxdur.

Xatırladaq ki, bu gün Türkiyənin Ağrı şəhərinin Eleşkirt rayonunda da 4,5 maqnitudalı zəlzələ baş vermişdi.