Türkiyədə günün ikinci partlayışı - 3 şəhid, 3 yaralı + Yenilənib

turkiyede-gunun-ikinci-partlayisi
Oxunma sayı: 2147

Türkiyənin Diyarbəkir şəhərində Diclə Universiteti Baytarlıq Fakültəsinin yaxınlığında PKK terror təşkilatı tərəfindən partlayış törədilib.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçuların yola öncədən yerləşdirdiyi partlayıcı polis avtomobili ordan keçərkən partlayıb. Hadisə nəticəsində 1 polis şəhid olub, 3 polis xəsarət alıb.

Əraziyə təcili tibbi yardım xidmətləri cəlb olunub.

***

“Cnnturk” xəbər verir ki, terakt nəticəsində 3 polis şəhid olub.