Türkiyədə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

turkiyede-fovqelade-veziyyet-daha-3-ay-uzadildi
Oxunma sayı: 631

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadıla bilər.

Qafqazinfo” xəbər verir ki, bu barədə prezident Ərdoğan muxtarlarla görüşündə bildirib. Onun sözlərinə görə, fövqəladə vəziyyətin uzadılması Türkiyənin xeyrinədir:

“Fransada 3 ay, daha sonra yenə 3 ay və son olaraq 6 ay artırılmaqla bir illik fövqəladə vəziyyət rejimi tətbiq olunub. Kimsə dünyada Fransanı sorğu-sual edirmi? Bizim vəzifəmiz bu millətin can güvənliyini, mal güvənliyini qorumaqdır. Bu səbəbdən də heç kim bizim yerimizə təqvim təyin etməsin. Yol xəritəsini bu hökumət, bu ölkənin qurumları müəyyən edə bilər. Türkiyə Fransa ilə müqayisə edilməyəcək dərəcədə ağır terror hücumlarına və çevriliş cəhdlərinə məruz qalıb. Fövqəladə vəziyyətin uzadılmasını millətimizin anlayışla qəbul edəcəyini və dəstəkləyəcəyini bilirəm”.