Türkiyədə deputat qəzaya düşdü

turkiyede-deputat-qezaya-dusdu
Oxunma sayı: 1501

Türkiyədə AKP-nin Şanlıurfa üzrə millət vəkili Əhməd Eşref Fakıbaba yol qəzası keçirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza Şanlıurfa-Birecik yolununun 60-cı kilometrində baş verib, deputatın sürücüsü idarəetməni itirərək aşıb. Qəzada Fakıbaba və onu müşayiət edən üç adam yaralanıb.

Keçmiş Əmək və Sosial Təhlükəsizlik naziri və AKP-nin Şanlıurfa üzrə millət vəkili namizədi Faruk Poladın da hadisə yerinə gəldiyi bildirilib.