Türkiyədə daha bir terror aktı - 3 yaşlı uşaq öldü, 15 yaralı

turkiyede-daha-bir-terror-akti-
Oxunma sayı: 1697

Türkiyənin Şanlıurfa şəhərinin Viranşəhər rayonunda hakim və prokuror korpuslarının yaxınlığında minalanmış avtomobil partladılıb.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.

Şanlıurfanın valisi Güngör Azim Tuna 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını bildirib.

Hadisə ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan məlumatlandırılıb.

Partlayışın baş verdiyi əraziyə polislər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.