Türkiyədə bir sıra təşkilatlar bağlandı

turkiyede-bir-sira-teskilatlar-baglandi
Oxunma sayı: 1717

Türkiyədə fövqəladə vəziyyət elan edildikdən sonra bir sıra təhsil, səhiyyə qurumları və təşkilatlar bağlanıb.

Qafqazinfo” xəbər verir ki, artıq fövqəladə vəziyyətdə görülən tədbirlərə dair fərman imzalanıb. Rəsmi qəzetin yaydığı məlumata görə, 35 səhiyyə müəssisəsi və təşkilatı, 1043 xüsusi məktəb, tələbə yataqxanası, pansionatı, 1229 xeyriyyə təşkilatı , dərnək, 19 həmkarlar təşkilatı, federasiya və konfederasiya, habelə, 15 ali məktəb bağlanıb.

Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinə təşəbbüsdən sonra prezident Rəcəb Tayyib Ərdoğan 21 iyuldan etibarən, ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edib.

Aysel Kərimova