Türkiyədə 94 terrorçu zərərsizləşdirilib

turkiyede-94-terrorcu-zerersizlesdirilib
Oxunma sayı: 833

Türkiyədə 24-30 noyabr tarixlərində PKK terror təşkilatının 94 üzvü zərərsizləşdirilib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında bildirilir.

Qeyd olunur ki, əməliyyatlar Hakkari rayonunun Çukurca və Şemdinli vilayətlərində, Şırnak rayonunun Bestler-Dereler, Cudi dağı və Beytüşşebab bölgələrində, Diyarbəkir şəhərinin Lice, Bingöl Kiğı qəsəbələrində, Tuncelinin Hozat və Ovacık, Bitlisin Hizan və Ağrı Doğubayazıt (Tendürek dağı) bölgələrində aparılıb.