Türkiyədə 14 Ədliyyə əməkdaşı saxlanıldı

turkiyede-14-edliyye-emekdasi-saxlanildi
Oxunma sayı: 792

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq çərçivəsində Ədliyyə Nazirliyinin 14 keçmiş əməkdaşı həbs olunub.

Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin dəstələri Ədliyyə Nazirliyinin 25 keçmiş əməkdaşını şübhəli şəxs kimi saxlayıb.

Hakim qarşısına çıxarılan şübhəlilərdən 14-ü həbs olunub, 11-i isə məhkəmə nəzarət şərti ilə sərbəst buraxılıb.

Saxlanılanların telefonlarında Fəthullahçıların istifadə etdiyi “Bylock” proqramının tapıldığı da bildirilib.