Türkiyədə 12 vəkil həbs edildi

turkiyede-12-vekil-hebs-edildi
Oxunma sayı: 635

Türkiyədə çevriliş cəhdindən sonra başlayan istintaq işləri çərçivəsində 12 vəkil həbs edilib.

Qafqazinfo” xəbər verir ki, işi məhkəməyə göndərilən 25 vəkildən 12-si həbs olunub. Bildirilir ki, saxlanılan 25 şübhəli barədə “Konstitusiya pozuntusu”, “Qanunvericilik orqanına mane olma təşəbbüsü”, “Hökumətə və Türkiyə Cümhuriyyətinə qarşı silahlı üsyan etmə ” maddələri ilə cinayət işi açılıb.

Qeyd edilir ki, növbətçi məhkəməyə çıxarıldıqdan sonra həbs edilən 12 nəfər arasında “bölgə imamı” kimi tanınan Abidin Gürsoy da var.

Aysel Kərimova