Türkiyə XİN-dən tövsiyə - Rusiyaya getməyin...

turkiye-xin-den-tovsiye
Oxunma sayı: 1739

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiya səfərlərini təxirə salmağı tövsiyə edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazirlik açıqlamasında 24 noyabr tarixindən etibarən türk vətəndaşlarının bu ölkəyə səyahətlərində maneələrlə rastlaşdığını və sözügedən ölkədə yaşayan türk vətəndaşların bəzi çətinliklərlə qarşılaşdığını bildirib.

Bu səbəbdən Türkiyə XİN-i türk vətəndaşlarına fövqəladə hal baş vermədiyi sürətdə Rusiya səfərlərini təxirə salınmasını məsləhət görüb.