Türkiyə təyyarəsinin qəzaya düşməsinin ilkin səbəbi - Ekipaj səhvi

turkiye-teyyaresinin-qezaya-dusmesinin-ilkin-sebebi
Oxunma sayı: 1641

Qırğızıstanın paytaxtında Türk Hava Yollarına aid yük təyyarəsinin qəzaya düşməsinin bəzi təfərrüatları məlum olub.

Qafqazinfo” qırğız KİV-nə istinadən xəbər verir ki, baş nazirin birinci müavini Muhammedkalıy Abulqazıyevin sözlərinə görə, Boing 747-nin qəzaya düşməsinə ilkin səbəb ekipajın səhvi olub. O bildirib ki, həmin gün bir neçə təyyarə uğurlu eniş edib. Bu isə onu göstırir ki, hava şərtləri yük təyyarəsinə uğurlu eniş etməyə heç bir maneə yaratmayıb.

Türkiyə mətbuatının yazdığına görə, fövqəladə situasiya zamanı yanacaq boşaldılmadığı üçün qəza zamanı yanğın baş verib.