“Türkiyə terrorçular üçün pul toplayır ”

turkiye-terrorcular-ucun-pul-toplayir-
Oxunma sayı: 2598

Çeçenistan lideri Ramzan Kadırov Türkiyəni növbəti dəfə sərt şəkildə tənqid edib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, prezident Türkiyəni terrorçulara kömək etməkdə ittiham edib:

“Türkiyə İŞİD-ə kömək etməklə islamı zəiflətməyi və yox etməyi qarşılarına məqsəd qoyan Qərb dövlətlərinə yardımçı olur. O, terrorçular üçün pul toplayır. Halbuki, Çeçen dövlətinə heç vaxt kömək etməyib.

Mənə bir məktəb, məscid, xəstəxana göstərin ki, Türkiyə onu Çeçenistanda tiksin?! İŞİD-lə razılaşaraq onlardan və minlərlə müsəlmanı qətlə yetirən islam düşmənlərindən benzin alırlar”, - deyə o qeyd edib.