Türkiyə Suriya ərazisini bombaladı

turkiye-suriya-erazisini-bombaladi
Oxunma sayı: 2744

Türkiyə silahlı qüvvələri Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, türk KİV-ləri bildirir ki, bu dəqiqlərdə Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fırtına" özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini atəşə tutub. Topların hədəfi qəsəbədəki PYD mövqeləridir.

Bu hücumun Suriyadakı döyüşün taleyini təyin edəcəyi düşünülür. Hələb cəbhəsində terror təşkilatı PKK-ya bağlı PYD iki gün əvvəl strateji Miniğ bazasını ələ keçirmişdi. PYD daha sonra da Türkiyə sərhədində olan və müxaliflərin can damarı olaraq bilinən Azez qəsəbəsinə hücuma başlamışdı.

PYD-yə Rusiyanın döyüş təyyarələri havadan dəstək verib. Rusiyanın dəstəyini arxasına alan terror təşkilatı Azezə 500 metr məsafədə yerləşən Şat kəndinə qədər girib. Azezi mühasirəyə alan PYD kəndlərə ağır silahlarla atəş açıb.

Əməliyyatdan bir neçə saat əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu Suriya ərazisində mümkün hərbi əməliyyatdan bəhs etmişdi. O bildirmişdi ki, ölkəsi PYD-ni yerində oturtmağa hazırdır.