Türkiyə səhəri terrorla açdı - 11 polis öldü, 82 yaralı

turkiye-seheri-terrorla-acdi
Oxunma sayı: 4425

Türkiyədə bu səhər Şırnakın Cizrə bölgəsindəki polis nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib.

Qafqazinfo” xəbər verir ki, PKK terrorçularının bomba yüklənmiş avtomobili partlatması nəticəsində 9 polis ölüb, 64 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyi hadisə yerinə 2 helikopter və 12 təcili yardım maşını göndərib.

Şiddətli partlayış səbəbindən bölgədəki çox sayda ev və iş yerinin pəncərələrinə zərər dəyib.

***

Son məlumata görə, ölü sayı 11, yaralı sayı isə 82-dir.