Türkiyə Rusiyaya təyyarə haqda məlumatları təqdim etdi

turkiye-rusiyaya-teyyare-haqda-melumatlari-teqdim-etdi
Oxunma sayı: 3546

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rus döyüş təyyarəsinin salınması ilə bağlı Rusiya Federasiyası Müdafiə Attaşesinə məlumat verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, məlumatı Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Qeyd olunub ki, rusiyalı hərbçilər Baş qərargaha dəvət edilərək hadisənin meydana gəlməyi mövzusunda məlumatlandırılıblar.

Hər iki tərəf fikir mübadiləsi aparıb.