Türkiyə o xəbəri təkzib etdi

turkiye-o-xeberi-tekzib-etdi
Oxunma sayı: 1464

Rusiya Müdafiə Nazirliyi Rusiya və Türkiyə hərbi aviasiyasının Hələb şəhərinin Əl-Bab kəndi ətrafında İŞİD terror təşkilatına qarşı ilk dəfə birlikdə hava əməliyyatına başladığına dair xəbər yayıb.

Qafqazinfo”nun “Posta”ya istinadən məlumatına görə, Türkiyə hərbi mənbələri bu xəbəri təkzib edərək Əl-Babdakı əməliyyatın Türkiyə deyil, Rusiya təyyarələri tərəfindən həyata keçirildiyini bəyan ediblər.

Qeyd edək ki, məlumatda bildirilirdi ki, Suriya tərəfi ilə razılaşdırılmış hava əməliyyatına Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus 9 döyüş təyyarəsi, həmçinin 4 ədəd “Su-24M”, 4 ədəd “Su-25”, 1 ədəd “Su-34” bombardmançı, eləcə də Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 8 təyyarə: 4 ədəd “F-16”, 4 ədəd “F-4” yönləndirilib.