Türkiyə konsulluğunun binası İŞİD-dən alındı

turkiye-konsullugunun-binasi-isid-den-alindi
Oxunma sayı: 952

Suriyanın Mosul şəhərində Türkiyə konsulluğunun binası İŞİD-dən geri alınıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xeyli sayda terrorçunun da öldürüldüyü bildirilir.

Qeyd edək ki, İŞİD terrorçuları 2014-cü ildə konsulluğu zəbt etmiş, içəridəkiləri girov götürərək türk bayrağını endirmişdilər.

Reuters agentliyi terror təşkilatının məhkəmə olaraq istifadə etdiyi Mərkəzi Bankın filialında da nəzarətin əsgərlərin əlinə keçdiyini açıqlayıb.

Hazırda İŞİD-in nəzarətində cəmi iki rəsmi binanın qaldığı bildirilir.