Türkiyə iraqlılara viza verilməsi qaydalarını dəyişdirdi

turkiye-iraqlilara-viza-verilmesi-qaydalarini-deyisdirdi
Oxunma sayı: 768

Türkiyə İraq vətəndaşlarına viza verilməsi qaydalarını dəyişdirib. 

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, fevralın 8-dən başlayaraq İraq vətəndaşları vizaları Türkiyənin nəzarət buraxılış məntəqələrində ala bilməyəcəklər və ölkəyə giriş üçün elektron vizanın alınması lazım olacaq.

Bu qərar qanunsuz miqrasiya ilə mübarizə məqsədilə qəbul edilib.