Türkiyə ilə İraq arasında bu viza növləri - Ləğv olundu

turkiye-ile-iraq-arasinda-bu-viza-novleri-
Oxunma sayı: 1420

Türkiyə ilə İraq arasında iki viza növü ləğv olunub.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı bildirib.

Onun sözlərinə görə, İraq və Türkiyə arasında diplomatik və xidməti pasportlar üçün vizalar oktyabrın 28-dən etibarən ləğv olunur.

“Ümumi pasportlara isə etiket viza, e-viza və C1 (turist və biznes” vizalarının tətbiqi davam etdiriləcək. Türkiyənin viza ilə bağlı şərtlərinə əməl edən hər bir İraq vətəndaşı viza üçün müraciət etdiyi gün onu ala bilər”.