Türkiyə daha bir şəhid verdi

turkiye-daha-bir-sehid-verdi
Oxunma sayı: 639

Türkiyənin Şırnak vilayətində PKK terror təşkilatına qarşı aparılan əməliyyatlarda daha bir əsgər şəhid olub.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qazipaşa məhəlləsində terrorçular tərəfindən bir evdən açılan atəş nəticəsində yaralanan əsgər zirehli təcili yardım maşını ilə Şırnak Hərbi Xəstəxanasına yerləşdirilib. Lakin əsgər bütün müdaxilələrə baxmayaraq şəhid olub.

Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.