Türkiyə daha 4 şəhid verdi

turkiye-daha-4-sehid-verdi
Oxunma sayı: 851

PKK terrorçuları Van şəhərinin Çaldıran vilayəti ilə Ağrının Doğubeyazıq vilayətinin arasında yerləşən Tendürek bölgəsində zirehli avtomobilə qarşı bombalı hücum təşkil ediblər.

Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, ərazidə yola öncədən bombanı yerləşdirən terrorçular maşın ordan keçərkən qurğunu işə salıblar, daha sonra raketlərlə atəş açıblar.

Hadisə nəticəsində 4 əsgər şəhid olub, 4 əsgər xəsarət alıb.

Yaralılar helikopterlə Vanda xəstəxanalardan birinə yerləşdiriliblər.

Bölgədə əməliyyat davam etdirilir.