Türkiyə aviasiyası 25 terrorçunu məhv etdi

turkiye-aviasiyasi-25-terrorcunu-mehv-etdi
Oxunma sayı: 831

Türkiyə Silahlı Qüvvələrinin aviasiyası Suriyanın şimalında yerləşən Cerablus şəhərində PKK və onun Suriya qolu PYD-nin mövqelərini bombalayıb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, PYD-nin Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusuna və Türkiyə hərbi qüvvələrinə atəş açmasından sonra qırıcı təyyarələr terrorçuların istifadəyə etdiyi 5 binanı bombalayıb, 25 silahlı məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatlar zamanı mülki şəxslərin zərər görməməsinə xüsusi diqqət yetirildiyini bildirib.