Türkiyə 24 saatda 9 şəhid verdi

turkiye-24-saatda-9-sehid-verdi
Oxunma sayı: 1174

Türkiyə son 24 saatda PKK terror hücumu nəticəsində 9 şəhid verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, fevralın 1-i PKK terrorçularının bombalı pusqusuna düşən və yaralanan iki polis dünən şəhid olublar.

Cizrədəki atışmalarda da iki polis öldürülüb.

Şırnak Uludərədə isə 3 məmurun işə getmək üçün mindikləri avtomobildə partlayış baş verib və hər üç məmur dünyasını dəyişib.

Şırnakda gecə saatlarında raketli hücumda daha bir polis şəhid olub.

Yenə də Şırnak bölgəsində Suriyadan Türkiyəyə keçməyə çalışan 10 nəfər PKK-lı ilə türk əsgərlər arasındakı atışmada bir nəfər ölüb.

Son acı xəbər isə Surdan gəlib. Belə ki, dünən PKK hücumu nəticəsində yaralanan yüzbaşı xəstəxanada dünyasını dəyişib.