Türkiyə 2 kəndi İŞİD-dən azad etdi - Suriyadan ilk etiraz

turkiye-2-kendi-isid-den-azad-etdi
Oxunma sayı: 2824

Türkiyə ordusunun müdaxiləsindən sonra İŞİD-in əlində olan Keklicə və Kıvırcık kəndləri Azad Suriya Ordusunun nəzarətinə keçib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, artıq qoşunlarını bu kəndlərə yerləşdirən Azad Suriya Ordusu Cerablusun mərkəzinə irəliləmək üçün kəndin ətrafında təhlükəsizliyini möhkəmləndirir. 

Suriya Türkiyənin Cerablusda başlatdığı “Fırat Qalxanı” əməliyyatına ilk reaksiyasını verib. Bu ölkənin xarişi işlər naziri açıqlamasında bildirib ki, tankların sərhədi keçməsi Suriyanın suverenliyinin pozulması deməkdir.