“Türk Hava Yolları”nın baş direktoru istefa verdi

turk-hava-yollarinin-bas-direktoru-istefa-verdi
Oxunma sayı: 1178

Türk Hava Yolları aviaşirkətinin baş direktoru istefa verib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Temel Kotil paylaşdığı vida mesajında onun rəhbərliyi dövründə görülən işlər barədə hesabat verib və işçi heyətindən halallıq istəyib.

İstefasının səbəbini isə hava və kosmos texnologiyaları ilə bağlı gələn yeni vəzifə təklifi ilə əlaqələndirib.