“Türk Hava Yolları” 211 nəfəri işdən qovdu - Nurçuluğa görə

turk-hava-yollari-211-neferi-isden-qovdu
Oxunma sayı: 1773

“Türk Hava Yolları” (THY) aviaşirkəti Türkiyədə hərbi çevrilişə cəhddən sonra menecerlər və ekipaj üzvləri daxil olmaqla 211 əməkdaşı işdən çıxarıb.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxslər Fətullah Gülənin başçılıq etdiyi dini hərəkatın üzvləri olublar.