Trampla bağlı iddialar araşdırılacaq

trampla-bagli-iddialar-arasdirilacaq
Oxunma sayı: 1088

İki ABŞ kəşfiyyat rəhbəri Donald Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələri barədə iddialara dair Kongres önündə ifadə verəcəklər.

"Qafqazinfo" BBC azərbaycanca-ya istinadən xəbər verir ki, onlar həmçinin Trampın sələfi Barack Obamanın göstərişi ilə izləndiyi barədə sübütsuz iddiaları barədə də danışacaqlar.

Federal Təhqiqatlar Bürosunun (FTB/FBI) direktoru James Comey və Milli Təhlükəsizlik Agentliyinin (MTA/NSA) rəhbəri Admiral Mike Rogers Kongres kəşfiyyat komitəsinin nadir açıq iclasında iştirak edəcəklər.
Trump araşdırmanı "tam bir əcinnə ovu" adlandırıb. Rusiya ABŞ prezident seçkilərinə təsir etməsi barədə iddiaları təkzib edir.

İddalar nədir?

Yanvarda ABŞ kəşfiyyat agentlikləri Kremlin dəstəklədiyi hakerlərin demokratların emaillərinə daxil olaraq mübahisə yaradacaq emailləri Trampın Hillary Clintonu məğlub etməsinə yardım göstərmək üçün yaydıqlarını iddia etmişdilər.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) FTB və MTA-nın birgə hazırladığı hesabatda Rusiya lideri Vladimir Putinin ABŞ seçkisinə təsir göstərməyə yönələn kampaniyaya əmr verdiyi bildirilir.

Hesabatın buraxılışından sonra Trump seçki kampaniyası üzvlərinin Rusiya rəsmiləri ilə əlaqələri barədə iddialarla üzləşib. ABŞ Nümayəndələr Palatası kəşfiyyat komitəsinin respublikaçı rəhbəri Devin Nunes və komitənin baş demokrat üzvü Adam Schiff iddialara dair araşdırmaya rəhbərlik edirlər.

Bazar günü cənab Nunes bu səhərəcən əldə etdiyi hər şeyin Trumpın seçki kampaniyası və Rusiya arasında əməkdaşlıq barədə iddialara heç bir sübutun olmadığını deyib.

Keçmiş Milli Kəşfiyyat direktoru James Clapper də iddialara dair heç bir sübut görmədiyini qeyd edib.
Lakin, cənab Schiff əldə etdiyi məlumatlara əsasən bildirib ki, ABŞ vətəndaşlarının dolayısı ilə seçkiyə təsir göstərmək üçün Rusiya ilə əlaqələri sübut olunub.