Trampın tənqid etdiyi qırıcılar - Yaponiyaya göndərildi

trampin-tenqid-etdiyi-qiricilar
Oxunma sayı: 1452

ABŞ Hərbi Hava Qüvvələri F-35 bombardımançı qırıcılarını Yaponiyaya göndərir.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, qırıcılar İvakuni şəhərindəki hərbi bazaya yerləşdiriləcək. Ümumilikdə bazaya 2017-ci il ərzində 16 hərbi təyyarə göndəriləcək. Onlar köhnəlmiş F/A-18 və AV-8 Harrier qırıcılarını əvəz edəcək.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni beşinci nəsil F-35 qırıcılarını baha başa gəlməsinə görə tənqid etmişdi.