Trampın sonuncu rəqibi də mübarizədən çəkildi

trampin-sonuncu-reqibi-de-mubarizeden-cekildi
Oxunma sayı: 1628

ABŞ-da Respubliokaçılar partiyasından prezidentliyə namizəd, Ohayo ştatının qubernatoru Con Keysik seçki kampaniyasını dayandırıb.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Keysik bu qərara İndiana ştatında ilkin seçkilərdə məğlubiyyətindən (üçüncü yer) verib.

Qeyd edək ki, mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Ted Kruz da seçki kampaniyasını dayandırıb. Senator belə bir qərarı İndiana ştatındakı ilkin seçkilərdə məğlubiyyətindən sonra qəbul edib. Milyarder İndianadakı ilkin seçkilərdə 53,3 faizlə ən çox səs qazanıb. Belə olan halda Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.