Trampın “Şöhrət xiyabanı”ndakı ulduzu dağıdıldı - Video

trampin-sohret-xiyabanindaki-ulduzu-dagidildi
Oxunma sayı: 1357

Hollivudun “Şöhrət xiyabanı”nda Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa məxsus ulduz dağıdılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni Ceymi Otis adlı yerli sakin törədib. Otisin sözlərinə görə, ulduzu hərracada satıb əldə edilən pulu Trampı seksual təcavüzdə ittiham edən qadınlara vermək istəyib.

Xatırladaq ki, Cesika Lids və Raçel Kruks adlı iki qadın Trampın onlara təcavüz etdiyini demişdi.

Aysel Kərimova