Trampın Rusiyadan gözləntisi nədir? - Ağ Evin sözçüsü açıqladı

trampin-rusiyadan-gozlentisi-nedir
Oxunma sayı: 1591

ABŞ prezidenti Donald Tramp Rusiya ilə terrorçuluğa qarşı mübarizə və iqtisadiyyat sahəsində əməkdaşlıqla bağlı sazişin imzalanmasına çalışır.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəhbərinin mətbuat katibi Şon Spayser bildirib.

“Düşünürəm ki, prezidentin biznesmen kimi uğuru onun danışıqlarda müsbət nailiyyət əldə edəcəyinə dair bir işarədir. Əgər bunlar Donald Trampın maraq dairəsindədirsə, o, mütləq Rusiyanı razılığa gətirəcək”, - deyə Ş. Spayser vurğulayıb.