Trampın baş nazirlə görüşündə qəribə davranışı - Video

trampin-bas-nazirle-gorusunde-qeribe-davranisi
Oxunma sayı: 7243

Yaponiya baş naziri Sindzo Abe ABŞ-da rəsmi səfərdədir.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Donald Tramp baş naziri Ağ Evdə qəbul edib.
Liderlərin görüşü zamanı qəribə hadisə baş verib. Belə ki, S. Abe Ağ Evə gəldiyi zaman avtomobildən düşərkən Donald Tramp onu səmimi şəkildə qucaqlayıb.

Bu qarşılamanın daha bir bənzər nümunəsi isə iki liderin mətbuat konfransından öncə jurnalistlər üçün verdikləri görüntülərdə ortaya çıxıb. Tramp Abe ilə əl-ələ görüşəndə onun əlini tam 19 saniyə buraxmayıb.

Yapon baş nazir əllə görüşmə mərasimini bir neçə dəfə yekunlaşdırmağa çalışsa da, Tramp onun əlini buraxmayıb.